Prezident İlham Əliyev 2026–2030-cu illər üçün Azərbaycanda turizmin inkişafına dair Dövlət Proqramını təsdiqləyib.
Sərəncəyə əsasən, Nazirlər Kabineti altı ay müddətində Dövlət Turizm Agentliyinin təqdim edəcəyi təkliflər əsasında “Turizm haqqında” qanunda dəyişikliklər və təkmilləşdirmələr həyata keçirməlidir. Həmçinin üç ay ərzində turizm fəaliyyəti ilə bağlı layihələr üçün investisiya təşviqi sənədinin verilməsi və bu sənədlərin verilmə mexanizminin turizmin xüsusiyyətləri nəzərə alınmaqla təkmilləşdirilməsi təmin olunmalıdır.
Nazirlər Kabineti dövlət büdcəsi hesabına verilən subsidiya şərtlərinə dair 8.8.1.3-cü abzas və 8.8.2-ci yarımbənddə göstərilən müddəalara əsasən nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirəcək və bu tədbirlərin icrası barədə ildə bir dəfə Prezidentə məlumat verəcək.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi hava nəqliyyatının turizmin inkişafına daha çox töhfə verməsi məqsədilə təkliflərini üç ay ərzində hazırlayıb Nazirlər Kabinetinə təqdim etməlidir.
Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi Dövlət Turizm Agentliyi ilə birlikdə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsini təmin etmək üçün hər il dövlət büdcəsi və dövlət investisiya proqramlarının tərtibində zəruri maliyyə vəsaitini nəzərdə tutmaq üçün müvafiq tədbirlər görməlidirlər.
Tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi Dövlət Turizm Agentliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçiriləcək.