2026-cı ilin birinci yarımilliyinin yekunlarına görə dövlət büdcəsinin ümumi gəlirləri 19 milyard 179,2 milyon manat təşkil edib.

Eyni dövrdə büdcə xərcləri 16 milyard 775,5 milyon manat səviyyəsində icra olunub.

Beləliklə, büdcədə 2 milyard 403,7 milyon manatlıq profisit yaranıb. Bu göstərici 2025-ci ilin analoji dövrü ilə müqayisədə 304,5 milyon manat və ya 11,2 faiz azalıb.

Dövlət Neft Fondundan transfer nəzərə alınmadan hesablanan qeyri-neft və transfertsiz daxilolmalarda artım qeydə alınıb: bu gəlirlər 2,8 faiz artaraq 12 milyard 759,2 milyon manata çatıb.