Bu ilin yanvar–iyul aylarında Azərbaycan Rumıniyaya 821 311,3 ton xam neft satıb.

Həmin həcmin ümumi dəyəri 522 201,2 min ABŞ dolları təşkil edib.

Satış həcmində 2025-ci ilin eyni dövrü ilə müqayisədə 19,7 faiz, qiymət ifadəsində isə 38,1 faiz artım qeydə alınıb.

Rumıniyaya ixrac edilən xam neft Azərbaycanın ümumi neft ixracında 6,45 faiz paya malik olub. Bu dövrdə gömrük bəyannamələrinə əsasən ölkə 8 032 903,55 min ABŞ dolları dəyərində, ümumilikdə 12 722 591 ton həcmində bitumlu süxurlardan əldə olunmuş xam neft və neft məhsulları ixrac edib.

Hesabat müddətində Azərbaycan xarici ticarətdə ümumilikdə 29 216 milyon ABŞ dolları dəyərində əməliyyat həyata keçirib. Xarici ticarət dövriyyəsinin 19 336 milyon dolları ixracın, 9 881 milyon dolları isə idxalın payına düşüb.