2026-cı ilin yanvar-iyun dövründə Azərbaycanda illik inflyasiya 5.8 faiz, orta illik inflyasiya isə 5.7 faiz səviyyəsində qeydə alınıb.

Maliyyə Nazirliyinin hesabatında qeyd olunub ki, həmin dövrdə ərzaq məhsullarının qiymətləri orta illik olaraq 6.6 faiz artıb. Qeyri-ərzaq mallarında qiymət artımı 3.9 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə isə 5.7 faiz olub.

İlin əvvəlindən bəri manatla geniş mənada pul kütləsi (M2) 7.1 faiz yüksələrək 42 354.2 milyon manata çatıb. Nağd pul kütləsi (M0) isə 5.8 faiz artaraq 18 994.8 milyon manat səviyyəsinə gəlib.

Bank sisteminin kredit portfeli ilin ilk yarısında 5.8 faiz artaraq 31 821.3 milyon manata yüksəlib. Kredit portfelinin strukturunda ev təsərrüfatlarına ayrılan pay 74.6 faiz təşkil edib.

Hesabata görə, son bir ildə fiziki şəxslərin əmanətlərinin dollarlaşma göstəricisi 1.6 faiz bəndi azalaraq iyunun sonuna 27.9 faizə enib.