Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində kadr dəyişiklikləri həyata keçirilib.

Agentliyin İdarə Heyətinin sədri Vüsal Nəsirlinin imzası ilə Kamran Kərimbəyov Media monitorinqi və təhlili departamentinin rəhbəri vəzifəsinə təyin edilib.

Eyni zamanda, Kərimbəyovun müğənni Nərmin Kərimbəyovanın qardaşı olduğu qeyd olunur. Bir müddət əvvəl Nərmin Kərimbəyova əməliyyatla qardaşına qaraciyərinin bir hissəsini vermiş, əməliyyat Türkiyədə həyata keçirilmişdi.

Məlumatda bildirilir ki, əməliyyatdan sonra müğənni bir müddət reanimasiyada olub, daha sonra palataya köçürülüb. Qardaşının uzun illər hepatit B xəstəliyindən əziyyət çəkdiyi vurğulanır.