Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində kadr dəyişikliyi edilib.

Agentliyin İdarə Heyətinin sədri Vüsal Nəsirli tərəfindən verilən əmrlə Kamran Kərimbəyov Media monitorinqi və təhlili departamentinin rəhbəri vəzifəsinə təyin olunub.

Məlumatda bildirilir ki, Kamran Kərimbəyov müğənni Nərmin Kərimbəyovanın qardaşıdır. Qeyd olunur ki, sənətçi bir müddət əvvəl qaraciyərinin bir hissəsini qardaşı Kamrana verib.

Təyinatla bağlı başqa detal verilmir.