Abdullah Zubir Azərbaycan çempionu “Qarabağ” klubu ilə vidalaşıb.
Futbolçu komandanın düşərgəsini tərk edərək Qətərə yollanıb. Orada onun “Əl-Şahaniya” klubu ilə müqavilə bağlayacağı gözlənilir.
Zubirin transferinin rəsmi şəkildə elan edilməsi tibbi müayinədən sonra planlaşdırılır.
Abdullah Zubir 2018-ci ildən etibarən “Qarabağ”ın heyətində çıxış edirdi.