ABŞ Dövlət Departamentinin 2026-cı il Fiskal Şəffaflıq Hesabatında Azərbaycan minimum maliyyə şəffaflığı tələblərinə cavab verən ölkələr sırasına daxil edilib.
Hesabatda departamentin digər müvafiq federal qurumlarla məsləhətləşmələr apardığı, illik icmal və qiymətləndirmə meyarlarının yeniləndiyi vurğulanıb. Qiymətləndirmədə 2014-cü il hesabatında müəyyən edilmiş 139 hökumətin, o cümlədən Fələstin Muxtariyyətinin maliyyə şəffaflığı dəyərləndirilib və hər bir hökumətin minimum tələblərə cavab verib-vermədiyi müəyyənləşdirilib.
Sənəddə həmçinin 1 yanvar — 31 dekabr 2025-ci il icmal dövründə minimum maliyyə şəffaflığı tələblərinə cavab verməyən hökumətlərin bu tələblərə cavab verməkdə əhəmiyyətli irəliləyiş əldə edib-etmədiyinin qiymətləndirildiyi bildirilib.
Departament qiymətləndirmə zamanı ABŞ səfirliklərindən və konsulluqlarından, digər ABŞ hökumət qurumlarından, beynəlxalq təşkilatlardan və vətəndaş cəmiyyəti təşkilatlarından əldə edilmiş məlumatları nəzərə alıb. Hesabatda hökumətlərin büdcə proseslərində mənalı ictimai iştirakı təmin etmək məqsədilə əsas minimum maliyyə şəffaflığı tələblərinə cavab verib-verməməsi qiymətləndirildiyi qeyd olunub.
Sənəddə Azərbaycanla yanaşı Albaniya, Argentina, Ermənistan, Baham adaları, Benin, Bosniya və Herseqovina, Botsvana, Braziliya, Bolqarıstan, Burkina Faso, Kabo-Verde, Çili, Kolumbiya, Kosta Rika, Kot-d'İvuar, Xorvatiya, Çexiya, El Salvador, Estoniya, Fici, Gürcüstan, Qana, Yunanıstan, Qvatemala, Qayana, Honduras, Macarıstan, Hindistan, İndoneziya, İsrail, Yamayka, İordaniya, Qazaxıstan, Keniya, Kosovo, Qırğızıstan, Latviya, Litva, Malayziya, Malta, Mavritaniya, Mavriki, Meksika, Mikroneziya, Moldova, Monteneqro, Mərakeş, Namibiya, Nepal, Şimali Makedoniya, Panama, Paraqvay, Peru, Filippin, Polşa, Portuqaliya, Rumıniya, Ruanda, Serbiya, Sinqapur, Seyşel adaları, Slovakiya, Sloveniya, Cənubi Afrika, Şri-Lanka, Tayland, Şərqi Timor, Trinidad və Tobaqo, Tunis, Türkiyə, Uqanda və Uruqvayın da minimum tələblərə cavab verdiyi göstərilib.
Ermənistan mətbuatının yaydığı məlumatlara görə, İrəvan hakimiyyəti Konstitusiya dəyişikliyinə dair planlaşdırılan referendumdan sonra anklavlar məsələsini gündəmə gətirməyin üzərində işləmək niyyətindədir. Həmin mənbələrdə əsas müzakirə mövzusunun Azərbaycanın suveren ərazisi olan Kərki kəndi olduğu bildirilir, lakin hökumət daxildəki siyasi gərginlik və konstitusiya islahatlarının pozulma riski səbəbindən bu addımı həmin vaxt təxirə salıb.
Həmin informasiya görə, hakim Vətəndaş Müqaviləsi Partiyası daxilində Kərkinin paytaxtla dəyişdirilməsi barədə təkliflər olub, lakin baş nazir həmin təkliflərə qarşı çıxıb. Qeyd edilir ki, Ermənistan Kərki ilə yanaşı Qazax rayonunun işğal altında qalan Sofulu, Yuxarı Əskipara və Barxudarlı kəndlərini də Azərbaycana qaytarmağa borcludur.
Politoloq, professor Qabil Hüseynli məsələyə münasibət bildirərək qeyd edib: "Anklavlar probleminin həlli Cənubi Qafqazda sülh müqaviləsinin imzalanması prosesində həlledici mərhələlərdən biridir". O, əlavə edib ki, İrəvan daxilindəki siyasi təzyiqlər və revanşist qüvvələr prosesi uzatmağa çalışsa da, Azərbaycanın ərazi bütövlüyü və haqlı tələbləri çərçivəsində anklav məsələsinin gec-tez həll olunmalı olduğunu düşünür.
Professorun sözlərinə görə, Paşinyanın referendum bəhanəsi ilə vaxt udmaq cəhdləri uzunmüddətli perspektivdə Ermənistan üçün əlavə problemlər yaradacaq və əgər İrəvan davamlı sülhə maraqlıdırsa, konstitusiya dəyişikliyindən sonra Kərki və digər işğal altındakı kəndləri qeyd-şərtsiz Azərbaycana qaytarmalıdır.