Yaxın gələcəkdə ABŞ-ın cənub sərhədində insanabənzər robotların patrul xidməti həyata keçiriləcək.

Bu robotlar sərhəd ərazilərində avtonom rejimdə hərəkət edərək insanları aşkarlamaq qabiliyyətinə malik olacaq.

Yeni texnologiya artıq ABŞ Daxili Təhlükəsizlik Nazirliyinə təqdim edilib.

“Foundation” şirkətinin baş direktoru Sankaet Pathak bildirib ki, şirkət milli təhlükəsizlik məsuliyyəti daşıyan bir neçə ABŞ idarəsi ilə danışıqlar aparır.

Qeyd edək ki, aprelin 30-da ABŞ Federal Rabitə Komissiyası Çindən yeni humanoid və dördayaqlı robotların idxalını qadağan edib.

Komissiya qərarı süni intellekt sahəsinin inkişafını milli təhlükəsizlik risklərindən qorumaq və perspektivli sənaye sahələrinin ABŞ-ə qaytarılması zərurəti ilə əsaslandırıb.

Bundan əlavə, ABŞ-a artıq bərpa olunan enerji mənbələri və batareyaların məlumat mərkəzi şəbəkələrinə və avadanlıqlarına qoşulmasına imkan verən güc çeviricilərinin idxalı qadağan edilib.