Abşeron Ticarət Mərkəzində mərkəzləşdirilmiş boya mərkəzinin təqdimatı keçirilib. 28 oktyabr tarixinə planlanan tədbir çərçivəsində 2 000 kvadratmetrdən çox sahəni əhatə edən yeni mərkəz, müxtəlif müştəri qruplarının ehtiyaclarını qarşılayacaq şəkildə dizayn olunub.
Mərkəzdə yerli və beynəlxalq brendlərin dekorativ, inşaat, sənaye və mebel boya məhsulları, rəngləmə üçün zəruri materiallar və divar kağızları təqdim olunur. Müştərilər istədikləri rəng çalarını seçərək boyanı yerindəcə hazırlada bilər və təmir üçün lazım olan məhsulları vahid məkanda əldə edə bilərlər.
Abşeron Ticarət Mərkəzinin Kommersiya direktorluğunun Korporativ Satış üzrə müdiri Mahir Quliyev bildirib ki, obyektin yaradılmasının məqsədi müştərilərə geniş seçim imkanları təqdim etmək və təmir prosesini asanlaşdırmaqdır. Qeyd edib ki, yaxın gələcəkdə boya mərkəzinin sahəsi 4 000 kvadratmetrə qədər genişləndiriləcək, məhsul çeşidi və təmsil olunan brendlərin sayını artırmaq planlaşdırılır.
Divar kağızları istiqamətində də fərdi həllər təqdim olunur. Megawall şirkətinin çap texnologiyası ilə seçilmiş təsvirlər birbaşa divar kağızına tətbiq edilə bilər ki, bu da interyer layihələrinin xüsusi tələblərinə cavab verir.
Tədbirin gedişində boya və divar kağızlarına 50%-dək endirim kampaniyası tətbiq olunur. Kampaniyanın şərtləri və müddəti ilə bağlı detalları əldə etmək üçün 6767 nömrəsi ilə əlaqə saxlamaq mümkündür.
Abşeron Ticarət Mərkəzi müştərilərinə tikinti, təmir və interyer həlləri üzrə geniş məhsul spektri və rahat alış-veriş imkanları təqdim etməyə davam edir.