Azərbaycan Dövlət Dəniz Akademiyasına (ADDA) yeni rektor əvəzi təyin olunub. NOCOMMENT.az xəbər verir ki, bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Əfqan Cəlilov tərəfindən müvafiq əmrin imzalandığı bildirilib. Emrə əsasən, ADDA-nın rektoru səlahiyyətlərinin icrası İradə Süleymanovaya həvalə edilib. O, akademiyanın tədrisin təşkili və idarə edilməsi üzrə prorektordur. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”ndən alınan məlumatı Ölkə.az-a təsdiqləyiblər. “ADDA-nın fəaliyyətinə müvəqqəti rəhbərlik İradə Süleymanova həyata keçirir”, - qurumdan bildirilib. Qeyd edək ki, İradə Əli qızı Süleymanova əslən Qərbi Azərbaycandandır. O, 2014-2024-cü illərdə Bakı Dövlət Universitetinin SABAH Mərkəzinin rəhbəri vəzifəsində çalışıb. 2024-2026-cı illərdə Qarabağ Universitetinin Tələbələrlə İş şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərib. Xatırladaq ki, ADDA-nın əvvəlki rektor əvəzi akademiyanın elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru Eldar Qocayev idi.