Azərbaycan Respublikası Mərkəzi Bankında (AMB) Ödəniş Sistemlərinin İdarə Edilməsi Bölməsinin rəhbəri vəzifəsinə təyinat aparılıb. Yeni vəzifədə İlkin Alimov çalışacaq.

Alimov 2016-cı ildən Mərkəzi Bankın tərkibində fəaliyyət göstərir. 2022-ci ilin aprelindən 2025-ci ilin yanvarınadək Bankın Ödəniş və Hesablaşma Sistemləri departamentinin Hökumət Ödəniş Portalında baş ödəniş dəstəyi mütəxəssisi kimi işləyib. 2025-ci ilin yanvarından 2026-cı ilin mayına qədər AMB-nin İnformasiya Texnologiyaları Əməliyyatları departamentinin ödəniş tətbiqlərinə dəstək bölməsində baş mütəxəssis vəzifəsini tutub. 2026-cı ilin may-oktaybr aylarında isə həmin departamentin Hökumət Ödənişləri bölməsində ödəniş sistemlərinin idarə edilməsi üzrə baş mütəxəssis işləyib.

Oktyabrdan etibarən o, yeni vəzifədə — Ödəniş Sistemlərinin İdarə Edilməsi Bölməsi üzrə rəhbər kimi fəaliyyətini davam etdirir.