Prezident İlham Əliyev Daşkənddə mətbuata açıqlamasında Qarabağa investisiyaların cəlb edilməsində Özbəkistanın xüsusi rol oynadığını vurğulayıb.
Dövlət başçısı qeyd edib ki, ilk yardım Özbəkistan tərəfindən həyata keçirilib və bu çərçivədə Füzulidə Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəbin tikintisi maliyyələşdirilib.
Həmçinin İlham Əliyevin sözlərinə görə, Xankəndidə tikiş fabrikinin yaradılmasına investisiya qoyulması da Özbəkistanla bağlıdır.
Prezident əlavə edib ki, bölgədəki ilk iri sənaye müəssisəsi də Özbəkistanla əlaqəlidir.