Atatürk Mərkəzi Azərbaycanda Abbasov Bayram Əli oğlu (VÖEN – 2100814102) və Atatkişiyev Allahverdi Rauf oğlu (VÖEN – 2003172942) ilə xidməti müqavilə bağlayıb.

Müqavilə şərtlərinə görə, Bayram Abbasov mərkəzdə gözətçi, Allahverdi Atatkişiyev isə sürücü vəzifəsini icra edəcək. Xidmətlər 2026-cı il müddətində, yəni 5 yanvar 2026-cı ildən 31 dekabr 2026-cı ilədək göstəriləcək.

Ödənişlər belə müəyyənləşdirilib: gözətçi xidmətinə görə Bayram Abbasova ümumilikdə 6 000 manat (aylıq 600 manat), sürücü xidmətinə görə Allahverdi Atatkişiyevə isə 8 400 manat (aylıq 700 manat) ödəniləcək.

Qeyd edək ki, 2021-ci ildə Əmək Məcəlləsinə edilən dəyişikliklər əmək münasibətlərinin rəsmiləşdirilməsi qaydalarını tənzimləyir. Dəyişikliyə əsasən, tərəflər arasındakı münasibətlər Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü hissələrində göstərilən hallardan birinə uyğun gəldikdə, həmin münasibətlər xidməti (mülki-hüquqi) müqavilə ilə rəsmiləşdirilə bilməz.

Xüsusilə 2-3.3-cü bəndə əsasən, şəxsin müəyyən peşə və ya vəzifəyə qəbul edilməsi və ya təyinatı əmək münasibəti hesab olunur və bu halda əmək müqaviləsi bağlanmalıdır. Belə hallarda işəgötürənlə həmin şəxslər arasında xidməti müqavilə bağlanması yolverilməzdir və əmək müqaviləsi rəsmiləşdirilməlidir.

Vergilər Xidməti bildirib ki, dəyişikliklərin əsas məqsədi faktiki əməyə əsaslanan münasibətlərin xidməti müqavilə adı altında rəsmiləşdirilməsinin qarşısını almaqdır.