Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası son 24 saat ərzində Günəşdə güclü partlayış qeydə aldığını açıqlayıb.
Laboratoriyanın verdiyi məlumata görə, hadisə M sinifinə aid olub və onun gücü M1.88 səviyyəsində qiymətləndirilib.
Alimlər bildirirlər ki, beynəlxalq kataloqlarda partlayışın ənənəvi yuvarlaqlaşdırma qaydalarına əsasən M1.8 kimi qeyd olunacağı ehtimalı yüksəkdir.
Qeyd olunur ki, bu göstərici ümumilikdə ən yüksək rekordları ifadə etməsə də, yay aylarında Günəş aktivliyinin nisbətən zəif olduğu dövrdə baş verməsi ilə fərqlənir.