Slovakiyanın paytaxtı Bratislavada U20 güləş üzrə dünya çempionatı işə düşüb və yarışın ilk günündə yunan-Roma güləşi üzrə bir neçə finalçı müəyyənləşib.
Turnirdə 63, 77, 87 və 130 kiloqram çəkilərdə final iştirakçıları məlum olub. Azərbaycan yığmasının idmançıları da çıxış edərək fərqli nəticələr əldə ediblər.
63 kq-da çıxış edən Tural Əhmədov yunanıstanlı Marios Kapantaisu üzərində 6:1 hesablı qələbə qazanmaqla daha da irəlilədi. Lakin 1/4 final görüşündə özbəkistanlı Kuvonçbek İsmayılova 2:3 hesabı ilə məğlub oldu. Rəqibinin finala yüksəlməsi səbəbindən Tural sabah təsəlliverici qarşılaşmada iştirak edəcək.
77 kq çəkidə Cavidan Nehmətov güclü performans nümayiş etdirib. O, əvvəlcə yunanıstanlı Adamantios Papadatosa 8:0, daha sonra qırğızıstanlı Elxan Çoenbekova 9:0 hesabı ilə qalib gəlib və 1/4 finala yüksəlib. Qazaxıstan təmsilçisi Yerkebulan Anapiyanı 7:5 hesabı ilə üstələyərək yarımfinala adını yazdırıb. Yarımfinalda iranlı Amir Mehdi Nava ilə qarşılaşan Nehmətov 7:1 hesabı ilə qalib gələrək finala çıxıb. Cavidan növbəti gün ermənistanlı Samvel Terteryanla qızıl medal uğrunda üz-üzə gələcək.
Digər nəticələr arasında Orxan Hacıyev (87 kq) təsnifat mərhələsində hindistanlı Axil Axilə tuşla məğlub olub. Mikayıl İsmayılov (130 kq) debüt qarşılaşmasında finlandiyalı Tomas Rusa qarşı 1:1 hesabında ilk xal prinsipinə əsasən uduzub.