Azərbaycan Premyer Liqasının II turu çərçivəsində bu gün daha bir görüş keçirilib.
Tovuz şəhər stadionunda təşkil olunan qarşılaşmada ev sahibi "Turan Tovuz" komandası "Şamaxı" ilə üz-üzə gəlib. Matç boyunca hər iki tərəf hesab açmağa müvəffəq olmayıb və görüş 0:0 hesabı ilə bitib.
Qeyd olunur ki, turun "Sabah" - "Sumqayıt" və "Qarabağ" - "Kəpəz" görüşləri avrokuboklarda iştirakla əlaqədar olaraq təxirə salınıb.