Azərbaycanın iki qadın güləşçisi U-20 dünya çempionatının yarımfinalına çıxmağı bacarıb.

57 kq çəki dərəcəsində çıxış edən Günay Qurbanova ilk raundlarda macarıstanlı Liliana Kapuvari (12:1), özbəkistanlı Ulbiye Karılıbayeva (11:1) və kanadalı Aqniya Krakovskayanı tuşla məğlub edərək yarımfinala yüksəlib. Yarımfinalda onun rəqibi Hindistandan Tanvi Gundeş Maqdum olacaq.

59 kq-da mübarizə aparan Ruzanna Məmmədova U-20 Avropa çempionatının üçqat qalibi kimi çıxış edərək ispaniyalı Roza Molina Rodriqesə 10:0 və hindistanlı Komal Komalaya 14:2 hesabı ilə qalib gələrək növbəti mərhələyə adlayıb. O, yarımfinalda Macarıstan təmsilçisi Eda Balaşla üz-üzə gələcək.

Sərbəst güləşçilərdən Camal Abbasov (61 kq) moldovalı Marçel Andronake və monqolustanlı Dulquun Enxbaatara qarşı hər iki görüşdə 10:0 hesabı ilə üstün olub, lakin 1/4 finalda amerikalı Aaron Ceyms Zaydelə 2:13 hesabı ilə məğlub olub.

Məhəmməd Abbaszadə (86 kq) bolqarıstanlı Alan Tigiyevi tuşla məğlub etsə də, 1/4 finalda türkmənistanlı Alp Arslan Begenjova 1:14 hesabı ilə qalib gəlib.