Slovakiyanın paytaxtı Bratislavada keçirilən güləş üzrə U20 dünya çempionatının son günü 70, 74, 97 və 125 kq çəki dərəcələrində mükafatçılar müəyyənləşib.

70 kq finalında Hacı Kərimov ilə iranlı Sina Mehdi Xəlili qarşılaşıb. Final görüşündə Hacı 3:7 hesabı ilə uduzaraq gümüş medala layiq görülüb.

125 kq üzrə bürünc medal görüşündə Yusif Dursunov gürcüstanlı Aleksandre Abramişvili ilə üz-üzə gəlib. Görüş boyu üstün oynayan Dursunov 6:0 hesabı ilə qalib gələrək bürünc medalı qazanıb.

Yekunda Azərbaycan komandası U20 dünya çempionatını 9 medalla başa vurub: 1 qızıl, 4 gümüş və 4 bürünc.