İyulun 11-də Prezident İlham Əliyevin Şuşa rayonunun Kiçik Qaladərəsi kəndinə səfəri zamanı orada yaşayan Əsəd Əsədovun ailəsi ilə görüş keçirilib.

Görüş zamanı ailənin kiçik üzvü Gülər dövlət başçısından traktor xahiş etmişdi. Bu istək Prezident tərəfindən nəzərə alınıb.

Son günlərdə Əsədovlar ailəsinə traktor hədiyyə edilib və tələb olunan texnika təqdim olunub.

Qeyd edək ki, daha əvvəl Prezident Xocavəndin Xanoba kəndindəki görüşdə balaca Ayazın “Kamaz” istəyi də yerinə yetirilmişdi.