Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) balıqçılıq sahəsində epizootoloji sabitliyin qorunması və məhsulların təhlükəsizliyinə nəzarətin təmin edilməsi məqsədilə davamlı monitorinqlər keçirir.
Aparılan yoxlamalar zamanı balıqçılıq təsərrüfatları və su hövzələrinin epizootoloji vəziyyəti qiymətləndirilir, xəstəliklərin erkən aşkarlanması və potensial risklərin müəyyənləşdirilməsi üçün tədbirlər görülür.
Subyektlərə baytarlıq və biotəhlükəsizlik tələblərinə riayət, xəstəliklərin profilaktikası və vaxtında aşkarlanması ilə bağlı metodiki və maarifləndirici dəstək verilir.
Agentlik bildirir ki, həyata keçirilən tədbirlər təsərrüfatlarda epizootoloji sabitliyin və məhsul təhlükəsizliyinin təmin edilməsinə kömək etməklə yanaşı, ixrac imkanlarının genişlənməsinə də şərait yaradır.
2026-cı ilin yanvar–iyul aylarında Azərbaycandan Rusiya, Qazaxıstan və Türkmənistana 6108,7 ton dondurulmuş balıq məhsulu ixrac edilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 81,3 faiz artım göstərir.