İspaniyanın “Barselona” klubu 2027/2028 mövsümü üçün Xorvatiya millisinin əsas qapıçısı Dominik Livakoviçi komandaya gətirməyə yaxındır.

Qapıçı ilə “Fənərbağça” arasında aparılan danışıqlarda irəliləyiş qeydə alınsa da, hələlik yekun razılıq əldə olunmayıb.

Planlara görə, transfer sentyabrın 1-dək tamamlanmalı və Livakoviç imzalandıqdan sonra əsas qapıçısı olacağı komandaya bir illik icarəyə veriləcək.

2026/27 mövsümündə Joan Qarsiya və Voytsex Şensnı “Barselona”nın qapıçı heyətində qalacaqlar. Xorvatiyalı oyunçu isə gələn yay, Voyçex Şensninin müqaviləsi başa çatdıqdan sonra əsas komandaya qoşulacaq və Joan Qarsiyanı əvəz etmək üçün ehtiyat oyunçular skamyasında yer alacaq.

Transferin kataloniyalılar üçün 3–5 milyon avro arasında başa gələcəyi bildirilir.