Ölkədə rəqəmsal ödənişlərin təhlükəsizliyini artırmaq məqsədilə kartlara mədaxil əməliyyatlarına müəyyən məhdudiyyətlər tətbiq edilmişdir. Yeni qaydalara əsasən hər bir bank kartı üzrə gündəlik 5 əməliyyatla və aylıq maksimum 20 000 manat məbləğlə məhdudiyyətlər nəzərdə tutulur.

Birbank-ın Sahibkar və Biznes kateqoriyasına aid kartlar bu məhdudiyyətlərin xaricində saxlanılır. Bu kart sahibləri gündə istədikləri sayda, ay ərzində isə istədikləri məbləğdə vəsaiti hesablarına məhdudiyyətsiz mədaxil edə bilərlər.

Limitsiz qəbul imkanları sahibkarların biznes və şəxsi vəsaitlərini ayrı saxlamaqla maliyyə əməliyyatlarını daha rahat idarə etməsinə şərait yaradır. Bununla yanaşı, Visa tərəfindən sahibkarlara təklif edilən bir sıra imtiyazlar da kart sahiblərinin istifadəsinə açıqdır. Təkliflər arasında hotel və avtomobil icarəsində güzəştlər, xaricdə 24/7 tibbi və hüquqi dəstək və müxtəlif biznes alətlərinə endirimli giriş nümunələri göstərilir.

Həmçinin