Böyük Britaniyanın Azərbaycandakı səfiri Dankan Norman mətbuat konfransında Azərbaycan dilini öyrənməsi barədə danışıb.
Səfir bildirib ki, Azərbaycana gəlmədən bir ildən artıq əvvəl dil öyrənməyə başlayıb və sonradan bir müddət Gəncədə bir ailə ilə birlikdə yaşamışdır. O, hazırda da dil təkmilləşdirməsi üzərində çalışdığını əlavə edib.
Norman ingilisdilli şəxslər üçün Azərbaycan dilinin öyrənilməsinin asan olmadığını, amma bu dili mənimsəməkdən həzz aldığını vurğulayıb. O, dilin zənginliyini və quruluşunu bəyəndiyini söyləyib.
Səfir Azərbaycan dilini öyrənməyi karyerası üçün faydalı qərarlardan biri hesab edir və gələcəkdə danışıq bacarıqlarını artıraraq işində dili daha çox istifadə etməyi arzuladığını qeyd edib.