Bu ilin yanvarından iyuluna qədər pensiya ödənişləri üçün 4 milyard 568 milyon manat vəsait sərf edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz və ya 426 milyon manat çoxdur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, cari ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb.
1 avqust 2026-cı il tarixinə pensiyaların orta aylıq məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz yüksələrək 595 manata çatıb. Yaşa görə orta aylıq pensiya isə 633 manat təşkil edir.
Yanvar–iyul aylarında 25 min pensiyanın təyinatı e-sistem üzərindən həyata keçirilib. Elektron qaydada pensiya təyinatına başlanılan 2019-cu ilin əvvəlindən bu günə qədər ümumilikdə 203 min pensiya təyinatı proaktiv rejimdə aparılıb.