Dünən yayılan yeni videoda dünyaca məşhur aktyor Ceki Çan Azərbaycanda apardıqları çəkilişlərdən danışarkən emosional anlar yaşayıb.
Aktyor bildirib ki, hələ də ölkədə olduğu vaxt çəkilişlər davam edib və günəş gec — saat 22:00-dan sonra battığı üçün, təyyarəyə tələsməsəydilər, işlər saat 22:45-dək davam edəcəkdi.
Ceki Çan həmçinin qayıdıb gəlməsinin səbəbini izah edərək vurğulayıb ki, bu addımı atması sırf “sizləri — qardaşlarımı görmək” üçün olub və bir-birini görməyin asan olmadığını söyləyib.
Qeyd olunur ki, aktyorun baş rolda oynadığı “Tanrının zirehi 4: Ultimatum” (“Armour of God 4: Ultimatum”) filminin bəzi səhnələri Azərbaycanda lentə alınıb.