Dünyaca məşhur aktyor Ceki Çanın Azərbaycanda apardıqları çəkilişlər barədə yeni videonu yayımlanıb.
Aktyor ölkədəki çəkilişlərdən danışarkən emosional anlar yaşayıb və kövrəldiyini bildirib. O, çıxışında belə deyib: “Dünən hələ də Azərbaycanda çəkilişdə idim. Günəş saat 22:00-dan sonra batdığı üçün, əgər təyyarəyə tələsməsəydim, saat 22:45-ə qədər çəkiliş edəcəkdik. Qayıdıb gəlməyim sırf sizləri – qardaşlarımı görmək üçün idi. Bir-birimizi görmək həqiqətən asan deyil. Bu görüş üçün nə qədər uzaq yol gəlmişik”.
Bildirilib ki, Ceki Çanın baş rolda olduğu “Tanrının zirehi 4: Ultimatum” (“Armour of God 4: Ultimatum”) filminin bəzi səhnələri Azərbaycanda çəkilib.