Məşhur idman portalı dünya üzrə mərkəz müdafiəçilərinin ən yaxşılarını müəyyən edən sıralama yayımlayıb.

Reytinqin birinciliyini zədə səbəbindən mövsümün əvvəlində meydana çıxa bilməyən “Arsenal”ın mərkəz müdafiəçisi Uilyam Saliba tutub. Sıralamada ikinci yerdə PSJ-nin ekvadorlu oyunçusu Villian Paço, üçüncü pillədə isə “Arsenal”ın digər oyunçusu Qabriel dos Santos qərarlaşıb.

Dördüncü sırada “Barselona”nın mərkəz müdafiəçisi Pau Kubarsi, beşinci yerdə isə “Bayern”dən Conatan Ta yer alıb.

İlk onluqda daha sonra adları çəkilən futbolçular da yer alıb: Markinos (PSJ, Braziliya), Dayo Upamekano (Bayern, Fransa), Vircil van Deyk (“Liverpul”, İngiltərə), Alessandro Bastoni (“İnter”, İtaliya) və Mark Qehi (“Mançester Siti”, İngiltərə).