Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Strateji planlaşdırma və monitorinq idarəsində xidmət aparan Rauf Qasımzadə vəzifəsindən azad edilib.
Məsələ ilə bağlı ədliyyə naziri Fərid Əhmədov tərəfindən müvafiq əmr imzalanıb və Qasımzadənin ədliyyə orqanlarındakı xidməti yekunlaşdırılıb.
Qeyd olunub ki, Rauf Qasımzadənin atası general-mayor Aydın Qasımov uzun illər həmin strukturlarda yüksək vəzifələrdə çalışıb; o, ədliyyə nazirinin müavini — Penitensiar xidmətin rəisi və məhkəmə qərarlarının icrası baş idarəsinin rəisi kimi fəaliyyət göstərib.
R.Qasımzadə isə iki il əvvəl ədliyyə nazirinin müavini — penitensiar xidmətin rəisi Mirsaleh Seyidovun köməkçisi təyin edilmişdi.