Bakının Əhmədli qəsəbəsində layihələndirilən “Əhmədli Mall”ın 2027-ci ilin əvvəlinə qədər tamamlanması gözlənilir.
Yeni ticarət mərkəzinin yaradılması yönündə müvafiq addımlar artıq atılıb və obyektin yerləşəcəyi ərazi kimi Əhmədlidəki “Bravo” hipermarketinin yerində olan sahə nəzərdə tutulur.
Məlumata görə, mərkəzdə həm beynəlxalq, həm də yerli tanınmış brendlərin mağazaları fəaliyyət göstərəcək. Bundan başqa, ticarət mərkəzinin daxilində məşhur banklardan birinin ofisinin yerləşdirilməsi planlaşdırılır.
Layihə ilə bağlı ilkin hazırlıq işlərinə 2026-cı ilin aprel ayında start verildiyi bildirilib.