Azərbaycanın Baş naziri Əli Əsədov ilə Gürcüstanın Baş naziri İrakli Kobaxidze arasında oktyabrın 30-da Gürcüstanın Kaxeti bölgəsinin Siqnaxi şəhərində təkbətək görüş keçirilib. Görüşdə iki ölkə arasında strateji tərəfdaşlığın müxtəlif aspektləri, ikitərəfli gündəlikdə duran aktual məsələlər və gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub. Həmçinin qeyd olunub ki, görüşdən sonra İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 11-ci iclasının keçirilməsi nəzərdə tutulur.