Milli Məclis küləkli hava şəraitində işçilərin açıq sahədə və həmin iş yerləri üzrə qurğularda işləməsi ilə bağlı yeni qaydaların tətbiqinə dair Əmək Məcəlləsinə təklif edilən dəyişiklikləri müzakirə etdikdən sonra üçüncü oxunuş üçün səsə qoyub qəbul edib. Qaydalara əsasən, küləkli havada işləyən işçilərə müəyyən olunan fasilələr veriləcək və iş dayandırılacaq. Kranlarla bağlı yeni sətirlər isə küləyin gücü 6 baldan 8 bala qədər olduqda kranların texniki pasportlarında nəzərdə tutulmuş hallarda işlər davam etdirilə biləcək şəkildə müəyyən olunub. Küləyin gücü 8 baldan çox olduqda isə qeyd olunan kranlarla aparılan bütün işlərin hər halda dayandırılması nəzərdə tutulur.