Azərbaycanın yeni səfiri Əlimirzamin Əskərov Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə etimadnaməsini təqdim edib.

Görüşdə rəsmi prosedurlar yerinə yetirilib və diplomatın akkreditasiyası rəsmiləşdirilib.

Qeyd edilir ki, Əlimirzamin Əskərov ötən ay Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunub.

Təqdimat mərasimi çərçivəsində tərəflər münasibətlərin inkişaf perspektivləri və əməkdaşlıq sahələrini müzakirə ediblər.