Luka Modriçin 13 yaşlı qızı Ema Modriç Madrid “Real”ın akademiyasına götürülüb.
Ema daha öncə “Milan”ın U-13 komandasında çıxış edib və 2026-cı ilin yazında Turin şəhərində keçirilən “Coppa Garino” turnirində komandasının uğuruna töhfə verib. Həmin yarışda “Milan” yarımfinalda “İnter”i, finalda isə “Yuventus”u məğlub edərək çempion olub.
Ailə İtaliyaya köçməzdən əvvəl Ema “Real”ın məşq proseslərində iştirak edib. Lakin o vaxt klubun akademiyasında onun yaş qrupuna uyğun qadın komandası mövcud olmadığı üçün rəsmən daxil ola bilməyib.
Atası Luka Modriç 40 yaşındadır. O, 2012–2025-ci illərdə “Real”da çıxış edib və ötən ildən etibarən “Milan”ın şərəfini qoruyur.