Aparıcı futbol insayderi Fabritsio Romano yaydan sonra transfer xəbərləri üzrə jurnalist kimi fəaliyyətini dayandıra biləcəyini açıqlayıb.
O, bu barədə öz LinkedIn səhifəsində paylaşım edib və yaxın vaxtlarda yanaşmasını dəyişəcəyini bildirib.
"Çox güman ki, mən artıq transfer bazarı sahəsində bu formatda çalışmayacağam. Yanaşmanı və baxış bucağını dəyişməyin vaxtı çatıb. Transfer pəncərəsi bağlandıqdan sonra bu barədə daha ətraflı danışacağam. Bu dövr üçün rəqəmlər qeyri-real görünür", - Romano qeyd edib.
Hazırda Romano müxtəlif insaydlar və transfer xəbərləri sosial şəbəkələr vasitəsilə paylaşıb. Avropanın əsas liqalarında yay transfer pəncərəsi sentyabrın 1-də bağlanacaq.
Romano transfer xəbərləri sahəsində ən tanınmış insayderlərdən sayılır; onun "X" platformasında 28,7 milyon, "Instagram"da 49,1 milyon, "YouTube"da isə 3,24 milyon izləyicisi var.