Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində kadr dəyişikliyi həyata keçirilib.

Agentliyin İdarə Heyəti sədrinin imzası ilə verilən əmrə əsasən Fariz Əzizov yeni vəzifəyə təyin olunub.

Fariz Əzizov AAYDA-da İdarə Heyəti sədrinin institusional inkişaf məsələləri üzrə müşaviri funksiyalarını yerinə yetirəcək.

Məlumatda qeyd olunur ki, F. Əzizov artıq yeni vəzifəsinin icrasına başlayıb.