Türkiyənin "Fənərbağça" komandası gənc hücumçusu Sidiki Şeriflə münasibətlərini sonlandırıb.
Klub mənbələri bildirir ki, 19 yaşlı forvardın İngiltərənin "Koventri Siti" klubuna transferi ilə bağlı yekun razılıq əldə olunub və bu həftə rəsmi açıqlama verilib.
Fənərbağça həmçinin xatırladıb ki, Şerif ötən mövsümün qış fasiləsində komandanın sırasına qoşulmuşdu. Transferlə bağlı maliyyə və müddətə dair detallara yer verilməyib.