İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın Hörmüz boğazını minalardan təmizlənməsi ilə bağlı açıqlamalarına baxmayaraq, bu bölgədə üç tanker minaya düşərək yanıb.
Yeniavaz.com xəbər verir ki, SEPAH-ın mətbuat xidməti bu məlumatı yayıb. Bəyanatda bildirilir ki, son 24 saat ərzində Hörmüz boğazının İran tərəfindən keçilməsi qadağan edilən cənub marşrutu ilə hərəkət edən üç tanker minaya düşüb və yanıb. Məlumata görə, hər üç tanker radiolokasiya və naviqasiya sistemlərini söndürüb və SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin xəbərdarlıqlarına məhəl qoymayıblar.
Xatırladaq ki, bundan əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı Hörmüz boğazında gəmiçilik üçün əsas marşrutların minalardan təmizlənildiyini açıqlayıb. Qurumun məlumatına görə, artıq minlərlə gəmi bu su ərazisindən keçib.