Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakıda keçirilən FİFA U-15 Dünya Çempionatı və Festivalının finalçılarını mükafatlandıracaq. Bu mərasmin qeyd olunan tarixlərdə baş tutacağı əvvəlcədən planlaşdırılıb. Türkiyədə təşkil olunacaq Türk Dövlətləri Təşkilatının Zirvə görüşünə isə dövlət başçısının iştirak edə bilməyəcəyi açıqlanıb. Dövlət başçısının qatılacağı tədbirlər sırasındakı qrafik sıxlığı səbəbindən bu qərar verilib.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Zirvə görüşündə Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov təmsil edəcək. Zirvə çərçivəsində keçiriləcək digər müvafiq tədbirlərdə də Azərbaycan nümayəndələri fəal iştirak edəcəklər.