Neft daşıyan tankerlərin bazar qiymətləri 2008-ci ildən bəri ən yüksək həddə çatıb.

Bu göstəricilər gəmi brokerliyinə aid statistik məlumatlarda özünü göstərib. İri tanker sinfində həm yeni, həm də müasir istifadə olunmuş gəmilərin qiymətləri son rübdə 130 milyon dolları ötüb.

Eyni zamanda, il ərzində supertankerlərin fraxt (icarə) haqları tarixi maksimuma yüksəlib. Bu tendensiyada Yaxın Şərqdəki artan təhlükə amilləri və ixracatçı ölkələrin hərəkətləri mühüm rol oynayıb.

Neft ixrac edən bəzi dövlətlər yüklərin daşınmasını təmin etmək üçün öz donanmalarını formalaşdırmağa çalışır ki, bu da əlçatan işlənmiş gəmilərə olan tələbi və nəticədə qiymətlərin artmasını gücləndirir.

"Aktivlər üzərində fiziki nəzarət də Yaxın Şərqdəki bəzi ixracatçılar üçün vacibdir", — deyə gəmi satışları bölməsinin rəhbəri Devid Holland bildirib.

Habelə bildirilir ki, ABŞ hərbi qüvvələri tankerlərin Hörmüz boğazı vasitəsilə Ərəbistan dənizindən Fars körfəzinə daxil olmasına, region ölkələrində neftin yüklənməsinə və sonradan həmin sahədən çıxmasına yardım edir.