Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclasında Zəngəzur dəhlizi mövzusuna toxunub.

Dövlət başçısı layihənin həyata keçirilməsi istiqamətində işlərin aktiv davam etdiyini qeyd edərək, Azərbaycanın əsas hissəsində bu mərhələlərin gələn il tamamlanacağını vurğulayıb.

Prezident İlham Əliyev həmçinin Naxçıvan Muxtar Respublikasında müvafiq hazırlıq və tikinti işlərinə başlanıldığını diqqətə çatdırıb.