Bu ilin ilk altı ayı ərzində Azərbaycanda ümumilikdə 52 252 yeni iş yeri yaradılıb.

Rəsmi göstəricilərə görə, açılan iş yerlərinin 40 504-ü — yəni 77,5 faizi — Bakı şəhərindədir.

İl ərzində yalnız II rübdə ölkə üzrə 28 746 yeni iş yeri açılıb. Bu dövrdə yaradılan iş yerlərinin 22 686-sı və ya 78,9 faizi Bakıda yerləşib.

İqtisadi rayonlar üzrə fərqləndikdə, Bakıdan sonra ən çox yeni iş yeri Abşeron-Xızı iqtisadi rayonunda qeydə alınıb — 3 387. Bunun 1 723-ü Abşeron rayonuna, 1 310-u Sumqayıt şəhərinə, 354-ü isə Xızı rayonuna aiddir.

Digər iqtisadi rayonlarda açılan yeni iş yerlərinin sayı belə olub: Şəki-Zaqatala — 1 045, Qarabağ — 965, Gəncə-Daşkəsən — 1 286, Quba-Xaçmaz — 1 070, Şərqi Zəngəzur — 453, Şirvan-Salyan — 436.

İnzibati ərazi vahidləri səviyyəsində ən çox yeni iş yeri Nərimanov rayonunda yaradılıb — 6 940.

Şəhər və rayonlar üzrə yeni açılan iş yerlərinin siyahısı aşağıdakı kimidir:

Nərimanov rayonu – 6 940

Nəsimi rayonu – 5 734

Xətai rayonu – 4 941

Səbail rayonu – 4 864

Yasamal rayonu – 4 836

Binəqədi rayonu – 4 182

Nizami rayonu – 2 898

Sabunçu rayonu – 2 668

Suraxanı rayonu – 1 776

Abşeron rayonu – 1 723

Sumqayıt şəhəri – 1 310

Xəzər rayonu – 1 079

Gəncə şəhəri – 948

Naxçıvan şəhəri – 606

Şəki rayonu – 522

Quba rayonu – 518

Ağdam rayonu – 314

Qəbələ rayonu – 291

Tovuz rayonu – 271

Şirvan şəhəri – 268

Şəmkir rayonu – 247

Qusar rayonu – 204

Xaçmaz rayonu – 200

Cəbrayıl rayonu – 199

Lənkəran rayonu – 193

İmişli rayonu – 177

Yevlax rayonu – 175

Mingəçevir şəhəri – 175

Kürdəmir rayonu – 166

Xankəndi şəhəri – 147

Laçın rayonu – 144

Qobustan rayonu – 122

Qazax rayonu – 118

Goranboy rayonu – 115

Beyləqan rayonu – 108

Tərtər rayonu – 92

Xocalı rayonu – 85

Ağdərə rayonu – 83

Sabirabad rayonu – 83

Oğuz rayonu – 81

Babək rayonu – 80

Kəlbəcər rayonu – 72

Balakən rayonu – 70

Biləsuvar rayonu – 69

Zaqatala rayonu – 62

Daşkəsən rayonu – 62

Samux rayonu – 57

Şuşa rayonu – 56

Şərur rayonu – 54

Naftalan şəhəri – 53

Göygöl rayonu – 51

Lerik rayonu – 49

Masallı rayonu – 46

Cəlilabad rayonu – 46

Füzuli rayonu – 44

Neftçala rayonu – 42

Bərdə rayonu – 38

Astara rayonu – 38

Pirallahı rayonu – 35

Göyçay rayonu – 34

Salyan rayonu – 33

Yardımlı rayonu – 29

Xocavənd rayonu – 28

Hacıqabul rayonu – 24

Ağdaş rayonu – 20

Qax rayonu – 19

Qubadlı rayonu – 19

Zəngilan rayonu – 19

Zərdab rayonu – 15

Ordubad rayonu – 10

Ucar rayonu – 7

Saatlı rayonu – 7

Şahbuz rayonu – 5

Culfa rayonu – 4

Sədərək rayonu – 2

Kəngərli rayonu – 1