İmişli futbol klubu yayda komandaya cəlb etdiyi Dominqos Senqui Hermeneqildo (Pikas) ilə əməkdaşlığı dayandırıb.
Tibbi müayinə aparılarkən 25 yaşlı anqolalı oyunçuda hepatit aşkarlanıb və bu məsələnin üzərinə klub onunla bağlanmış müqaviləyə xitam verib.
Pikas İmişli ilə 2+1 illik razılaşma əsasında müqavilə imzalamışdı. O, karyerası ərzində Anqolanın Petro Luanda komandasının yanı sıra Portuqaliyada Şaveş, Torreense, Feyrenşe və Fafi klublarında çıxış edib.
Klub və oyunçunun gələcək planları ilə bağlı əlavə açıqlama verilməyib.