Gələn ay təqdim ediləcəyi gözlənilən iPhone 18 Pro Max modelinin kamera sistemində əhəmiyyətli yeniliklərin olacağı iddia edilir.
Məlumata görə, Apple dəyişkən diafraqma texnologiyasını yalnız Pro Max versiyasında tətbiq etməyi nəzərdən keçirir. Bu texnologiya obyektivə daxil olan işığın miqdarını tənzimləməyə və sahə dərinliyinə daha dəqiq nəzarət etməyə imkan verəcək.
Eyni mənbə iPhone 18 Pro Max-in 6x optik böyütmə qabiliyyətinə malik olacağını və daha inkişaf etmiş prizma telefoto linza ilə təchiz edilə biləcəyini bildirir. Bu dəyişikliklərin uzaq məsafədən çəkiliş zamanı görüntü keyfiyyətini yüksəltməsi gözlənilir.
Dəyişkən diafraqma istifadəçiyə çəkiliş şəraitinə uyğun daha geniş və ya dar diafraqma seçmək imkanı verəcək ki, bu da işığın miqdarı, fon bulanıqlığı və fokus sahəsinin daha effektiv idarə olunmasına gətirib çıxaracaq.
Bununla yanaşı, daha mürəkkəb optik elementlərin daxil edilməsi cihazın fiziki ölçülərinə və çəkisinə təsir göstərə bilər. Belə ki, iPhone 18 Pro Max-ın əvvəlki modellə müqayisədə bir qədər qalın və ağır olacağı qeyd olunur.