Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu elektron ipoteka və kredit zəmanət sisteminin qurulması məqsədilə açıq tender elan edib.
Tenderin ümumi dəyəri 7 milyon 612 min manat olaraq müəyyənləşdirilib.
Layihə çərçivəsində iki əsas alt sistemin hazırlanması planlaşdırılır: ipoteka kreditlərinin verilməsi funksiyasını həyata keçirəcək alt sistem və yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsini idarə edəcək alt sistem.
Tenderə dair əlavə təfərrüatlar və müraciət şərtləri fondun müvafiq elanında göstəriləcək.