“İrşad” 21–31 avqust tarixlərini əhatə edən ənənəvi “Yaşıl Cümə” kampaniyasını elan edib. Aksiyada müxtəlif kateqoriyalardakı məhsullar üzrə 70%-dək real endirimlər tətbiq olunacaq.

Kampaniya çərçivəsində müştərilər seçilmiş məhsulları 18 aya FAİZSİZ, eləcə də 6 aya FAİZSİZ və KOMİSSİYASIZ ödəniş şərtləri ilə əldə edə biləcəklər. Təklif həm mağazalarda, həm də onlayn platformalarda etibarlı olacaq.

Aksiyada gündəlik tələbat məhsullarından tutmuş planlaşdırılmış iri alış-verişlərə qədər bir sıra mallar xüsusi qiymətlərlə satışa təqdim edilir. Yeni smartfonlar, televizorlar, məişət texnikası və mebel də kampaniyanın fokusunda olacaq.

Kampaniyada təqdim olunan xüsusi təkliflərdən bəziləri:

- “Redmi 17” smartfonu 150 AZN endirimlə.

- Dərs ilinin başlanğıcı üçün “Honor” planşetlərinə 20% endirim.

- “iPhone 15, 16, 17” modellərinə 300 AZN endirim.

- “iPhone 17 PRO və 17 PRO MAX 256 GB” modellərinə 500 AZN endirim.

- “Delonghi ECAM 220.60.B” qəhvəbişirən 600 AZN endirimlə.

- “Taube TB-ST90M” elektro ülgüc 75% endirimlə: 39.99 AZN əvəzinə 9.99 AZN.

- “Apple AirPods 4” qulaqlığı 110 AZN endirimlə, yeni qiymət 289,99 AZN.

- “XM Kettle Ardesto EKL-T32S” elektrik çaydanı 70% endirimlə 14.99 AZN.

- “Smart Watch Mibro C4 (XPAW021) Silvery” ağıllı saatı 60% endirimlə: 149,99 AZN yerinə 59,99 AZN.

- Dərs ilinə yeni notbuk axtaranlar üçün “HP 250 G10 (8X9C9ES)” modeli 350 AZN endirimlə.

Qeyd olunan kampaniya təklifləri yalnız 21–31 avqust tarixləri arasında qüvvədə olacaq.