İsrail Futbol Assosiasiyası (IFA) FİFA prezidenti Canni İnfantinonun yenidən seçilməsinə əvvəllər etdiyi dəstəyi geri götürüb.
Qərarın səbəbi kimi FİFA-nın kommersiya bölməsi olan "FIFA Forward Enterprise" şirkətindəki 25%-lik payın xarici investorlara satılması planlarının yaratdığı etimad böhranunun göstərildiyi bildirilir.
Məlumatlarda həmçinin vurğulanır ki, son günlər İnfantinonun fəaliyyəti UEFA daxilində də ciddi narazılıq yaradıb və UEFA onun istefasını tələb edir.