Azərbaycan Mərkəzi Bankı valyuta bazarının iştirakçısı olan “Eliko” MMC-nin bir vəzifəli şəxsinə cərimə tətbiq edib.
Qurumun nəzarət tədbirləri zamanı valyuta tənzimləməsinə dair qanunvericilik tələblərinin pozulduğu müəyyən edilib. Bu əsasla İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə istinad olunub.
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə sözügedən vəzifəli şəxs 1 000 manat məbləğində cərimələnib.