Azərbaycan Mərkəzi Bankı Maliyyələşdirilmiş Qaimələrin Reyestri Sistemini (MQRS) yaradıb və sistemin işə salınması ilə bağlı təqdimat keçirib.
Təqdimatda bankların və bank olmayan kredit təşkilatlarının nümayəndələri iştirak edib, MQRS-nin test rejimində fəaliyyət göstərməsi və ilkin mərhələdə məhdud funksionallıqla istifadəyə verilməsi müzakirə olunub.
Görüşdə MQRS-nin cari mərhələdəki fəaliyyət mexanizmi, sistemin funksionallığı və reyestr vasitəsilə toplanılacaq məlumatların əhatəsi ilə bağlı məsələlərə geniş yer ayrılıb.
Eyni zamanda kredit təşkilatlarının sistemə inteqrasiyasını təmin etmək məqsədilə müvafiq texniki spesifikasiya hazırlanaraq sektor nümayəndələrinə təqdim edilib.
Bazar iştirakçılarına MQRS-ə qoşulmaq üçün zəruri texniki tədbirlərin müəyyən edilmiş müddət ərzində yekunlaşdırılması tapşırılıb.