Mərkəzi Bank Microsoft serverlərinə aid lisenziyaların satın alınması məqsədilə müqavilə bağlayıb.

Satınalma üzrə müqavilə BUZ TECH MMC ilə imzalanıb. Razılaşmanın ümumi məbləği 104 930,7 manat təşkil edir.

Qeyd olunur ki, BUZ TECH MMC 2022-ci ildə təsis edilib və şirkətin nizamnamə kapitalı 61 010 AZN-dir.